AZ

Sənədsiz məktəbli qalmasın aksiyasına yenidən start verildi

d62d1d03aaedd7ec5c877fee7d353087.jpg
13.11.2019 12:56

ASAN xidmət Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyasına yenidən start verib.

 

TED.az xəbər verir ki, Səyyar ASAN xidmət çərçivəsində həyata keçirilən sosial aksiya zamanı Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində şagirdlər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilir.

 

Müvafiq olaraq səyyar xidmət həyata keçirilməmişdən öncə məktəblərdə xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir.

 

Bu günə 1100-dən çox məktəbli sözügedən xidmətdən yararlanıb.

 

“Sənədsiz məktəbli qalmasın” aksiyasının məqsədi şagirdlərin ASAN xidmət mərkəzinə gəlmədən, vaxt itkisi olmadan müvafiq xidmətdən yararlanmalarıdır.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox