AZ

Holcim tullantıların dayanıqlı idarə edilməsi modelini təklif edir

32ee5c281206da68f295797019312786.jpg
13.11.2019 14:30

Holcim Azərbaycan “Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində innovativ həll yolları ilə qoşularaq təkər və neft tullantılarının utilizasiyası ilə bağlı imkanlarını və həllərini nümayiş etdirdi. Bu texnologiya LafargeHolcim qrupuna daxil olan 50 ölkədə yerləşən 180 sement zavodunda tətbiq olunur və sərgidə Geocycle brendi altında təqdim olunur.

 

TED.az xəbər verir ki, sözügedən şirkət öz beynəlxalq təcrübəsinə əsaslanaraq Azərbaycanda tullantıların dayanıqlı idarə edilməsi modelini təklif edir. Buraya təkər, neft və digər tullantıların sement sobalarında ekoloji qaydalara uyğun olaraq utilizasiyası mümkündür.

 

Bu həllər AMT-ın (Ağır Məişət Tullantıları) zibil poliqonuna aparılması ilə bağlı öhdəliklərin azaldılmasını, tullantıların idarə edilməsi imkanlarının yaxşılaşdırılmasını və daha təmiz yaşayış mühitinə töhfə verilməsini təmin edir. Əlavə sərmayə yatırmaqla, innovativ, xərc baxımından qənaətli və ekoloji cəhətdən üstün olan bu üsulu Holcim-in Qaradağ Sement zavodunda həyata keçirmək olar.

 

Holcim Azərbaycan ötən ilin oktyabr-dekabr aylarında neft tullantıları və yararsız təkərlərlərlə ilk sınaqlar həyata keçirilib və müstəqil laboratoriya tərəfindən müvafiq analizlər götürülüb. Nəticələrə əsasən işlənmiş şin və neft şlamının birgə emal üsulu ilə utilizasiyası zamanı yaranan emissiyalar qəbul edilmiş normalardan aşağı olmuşdur ki, bu layihənin ekoloji cəhətdən müsbət olduğunu təzahür etdirir.

TED + bölməsindən digər xəbərlər

Daha çox