AZ

E-sosial.az portalına 1 milyon 100 mindən çox baxış olub

753656370b0bea35a453e690db7cd16b.jpg
13.11.2019 14:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin noyabr ayından istifadəyə verdiyi e-sosial.az internet portalına baxış sayı 1 milyon 100 mindən çox olub. Portalın istifadəçilərinin sayı 105 mini ötüb.

 

TED.az xəbər verir ki, portal 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirir. “E-sosial” portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı yaradıb.

 

Portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. “iOS” əməliyyat sistemi üçün tətbiqin istifadəsi ilə bağlı işlər aparılır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox