AZ

Süni intellektlə şeir yazdılar – YENİ ŞAİRLƏR FORMALAŞIR

7a2bcd2e81cb4390fbbf88ce7ef2b7b5.jpg
13.11.2019 15:41

Türkiyənin Kayseri şəhərində "Nuh Mehmet Küçükçalı Anadolu" liseyinin tələbələri Tarık Mut ve Yusif Emir Kaya şeir yazıblar.

 

Süni intellekti öyrənmə alqoritmləri ilə məşq edən gənclər fəaliyyətlərinin nəticəsini əldə edə biliblər.

 

TED.az xəbər verir ki, layihələri barədə məlumat verən Tarık Mut: “Şeir yazan süni intellekt yetişdirdik. Bu süni intellekt üçün öyrənmə alqoritm yazmışıq və 93 şair əlavə etmişik. Hazırda proqram 11 mindən çox söz bilir və bu kəlmələr arasında 12 mindən çox bağlantı var. Bu bağlantılar ilə ani olaraq dünyada heç yazılmamış bir şeiri sadəcə klikləməklə yaza bilirik”, – deyə açıqlama verib.

 

Yusif Emir Kaya: "Şeir yazarkən qafiyə olmayan ədəbiyyatı seçdik. Bu da kompüterin işini asanlaşdırır və üslub olaraq da daha rahatdı", – söyləyib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox