AZ

Azərbaycanda bu dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır

c63bc9e84b82bedbb1d148f148fd0d5c.jpg
13.11.2019 16:55

“Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır”.

 

TED.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulunda olarkən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

 

Cavid Qurbanov qeyd edib ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanı yaranacaq: “Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalır”. 

TED + bölməsindən digər xəbərlər

Daha çox