AZ

Nazirlik: E-sosial.az portalının iOS əməliyyat sistemi versiyası yekunlaşmaq üzrədir

f42e00df631740770167a37e8c833524.jpg
14.11.2019 12:36

“E-sosial.az” portalının yaradılmasında məqsəd vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində toplanmış bütün məlumatları vahid mənbədən əldə edə bilməsidir”.

 

TED.az xəbər verir ki, bunu nazirliyin Elektron xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov deyib.

 

O, nəzərə çatdırıb ki, bu günə qədər portalda 1 100 000-dən çox baxış sayı olub və hazırda 105 000-dən çox istifadəçi mövcuddur.

 

Şöbə müdiri vurğulayıb ki, portalın imkanlarının genişləndirilməsi üçün addımlar atılır: "Portalın, eyni zamanda Android əməliyyat sistemində işləyən mobil tətbiqetməsi mövcuddur. iOS əməliyyat sistemi versiyası isə artıq yekunlaşmaq üzrədir. Vətəndaşlar xidmət vasitəsilə əmək müqavilələri, fərdi şəxsi kapitalı, pensiya, əlillik, müavinətlər, mənzil növbəsindədirsə, bu məlumatları görə bilir. Bundan başqa, biz yeni sistemlər tətbiq etdikcə, həmin xidmətlər də e-sosial.az portalına inteqrasiya olunur".

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox