AZ

Motorola Razr yenidən satışda – bu dəfə tamamilə fərqli

c20073d5f4e82861b89bbc38b85187a4.jpg
15.11.2019 17:38

Bir vaxtlar məşhur olan Motorolanın “Razr” seriyası yenidən istehsal ediləcək.

 

TED.az xəbər verir ki, “Motorola” şirkəti əfsanəvi “Razr” qatlanan telefon modelini yenidən istehsal etmək qərarına gəlib.

 

Yeni smartfonun təqdimat videosu şirkətin “YouTube” kanalında yayımlanıb.

 

Videoda əfsanəvi telefonun əvvəlki modeli göstərilir. Bir anda qacet dizaynını dəyişməyə başlayır və transformer kimi yeni müasir versiyasına çevrilir. Yeni qacet 6,2 düymlük çevik OLED ekrana sahibdir. O, iki hissəyə qatlana və yenidən əvvəlki formaya düşmə xüsusiyyətinə malikdir.

 

Yenilik 16 meqapiksellik əsas, 5 meqapiksellik isə ön kamera ilə təchiz olunub. Bundan əlavə, smartfonun 2510 mAs batareyaya sahib olduğu da məlumdur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox