AZ

Sən də bacararsan: Startapçılar və startapçı olmaq istəyənlər üçün təlim keçiriləcək

70f5e917f6e8a6c1329d586fb315c09e.jpg
15.11.2019 23:59

“İnkişaf Zamanı” proqramı çərçivəsində "Sən də Bacararsan" layihəsi həyata keçiriləcək.

 

TED.az xəbər verir ki, Gəncə şəhərində keçiriləcək “Sən də Bacararsan” layihəsi çərçvəsində startap təlimi təşkil olunacaq.

 

Təlimdə iştirak edən gənclər “Startap nədir”, “Ekoloji əhəmiyyətli startaplar”, “Startap ideyaların formalaşması”, “Statistikanın layihələrdə rolu”, “Marketinq” və s. mövzularda biliklər əldə edəcəklər.

 

Gənclər komanda şəklində öz Startap ideyalarının təqdimatını keçirəcəklər. Davamlılıq üçün hər bir layihə müvafiq qurumlara yönləndiriləcək və inkişafına dəstək göstəriləcək.

 

Qeyd edək ki, təlim proqramında yalnız 17-21 yaş arası gənclər iştirak edə bilər.

 

Qeydiyyat üçün LİNK-ə daxil olmaq lazımdır.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox