Mexaniki qaz sayğaclarına geri dönəcəyik
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yeni nəsil smart tipli sayğaclardan imtina barədə qərar verib. TED.az xəbər verir ki, “Azəriqaz” rəhbəri buna səbəb kimi vətəndaşlardan daxil olan müraciətlər arasında balans artırmada problemlərin yaşandığını, kartların tez-tez bloka düşdüyünə dair şikayətlərin çoxluq təşkil etməsini göstərib. Həmçinin şirkətin maliyyə durumu nəzərə alınaraq belə bir qərar verildiyi bildirilib.
Məlum olub ki, 2018-ci ildə sifariş verilən “İtron” şirkətinə məxsus yeni nəsil sayğaclarda həm də bir sıra problemlər meydana çıxıb. Buna görə də bir müddət əvvəl start verilən kütləvi sayğac dəyişdirilməsi prosesi dayandırılıb və əvvəllər istifadə olunan mexaniki sayğacların sifariş verilməsi barədə qərar qəbul edilib. Mexaniki sayğacların xüsusiyyətinə görə hansısa texniki səbəbdən abonentlərin qaz təminatı dayandırılıb yenidən bərpa edildikdə kartın bloka düşməsi kimi problem yaranmır.
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov faktı təsdiqləyib. C.Səfərov bildirib ki, şirkətin maliyyə vəziyyəti nəzərə alınaraq smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib: “Mexaniki sayğaclarda abonent sərfiyyatına görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o ödənişi edir. Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hansısa narazılıq yaranmayacaq. Bu zaman vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq. Ola bilər ki, sonrakı mərhələdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, biz bu təklifləri dəyərləndirəcəyik.”
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











