AZ

Məqsədimiz kiber cəmiyyəti yaratmaqdır – Gamers.az startapı

6e43001cb7d47cc69e84972fdc4fc772.jpg
18.11.2019 17:20

Esports və ya Elektron idman – video oyunlardan istifadə edən yarış növüdür. eSports dedikdə, fərdi və ya komanda şəklində, xüsusən peşakar oyunçular arasında mütəşəkkil video oyun yarışları nəzərdə tutulur. Mütəşəkkil onlayn və oflayn yarışlar 2010-ci ilədək əsasən həvəskarlar arasında populyar olsa da, sonradan video oyun sənayəsi əhəmiyyətli dərəcədə genişlənib.

 

TED.az olaraq kiber idmançıları bir araya toplayan “Gamers.az” startapını sizə təqdim edirik.

 

Layihə kiber çempionatları keçirməklə məşğuldur. Azərbaycanda kiber idman sahədinə maraq göstərən “Gamers.az” saytı ötən il ilk çempionatını keçirib. Startap bu ilin yayında ərsəyə gəlib. Hazırda “Gamers.az”ın üzərində 3 nəfərdən ibarət olan komanda çalışır. Layihənin ilk çempionatı avqust ayının sonunda keçirilən “Fifa 2019” olub.

 

Esportsun məqsədi Azərbaycanda, həm də sahənin inkişaf etdirmək, həm də kiber cəmiyyət yaratmaqdır. Esports ilə əlaqəli ən çox yayılmış video oyun janrları MOBA (döyüş arenası), FPS (ilk şəxs atıcısı), döyüş, rəqəmsal kolleksiya oyunları, Lig of Legend, Dota2, Counter-Strike, Overwatch, Super Smash Bros, StarCraft s-dir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox