Dronlarla mübarizədə ən yaxşı üsul qadağadır – EKSKLÜZİV AÇIQLAMA
“Dronların istehlakına müəyyən məhdudiyyət qoyulmalıdır”.
Bu sözləri TED.az-a eksklüziv açıqlamasında Azərbaycan Texniki Universitetinin "Radiotexnika" kafedrasının müdiri, Avropa Astronomiya Şurasının üzvü, professor Vaqif Məhərrəmov deyib.
Dronların zərərsizləşdirilməsi üçün radioelektron mübarizə üsullarından istifadə etmək olar: “Bu üsulla, nəinki dronları, hətta peykləri də zərərsizləşdirmək imkanı var. Hələ Sovet dönəmində cəsus peyklərini Amerika Birləşmiş Ştatları vura bilirdi, amma Sovet İttifaqı qarşılıq verə bilmirdi. Bunun üçün lazımi texnologiya inkişaf etdirilməmişdi. Yəni bu mübarizə hələ o vaxtdan var. Hazırda isə ən yaxşı üsul qadağan etməkdir”.
V.Məhərrəmovun fikrincə, qabaqlayıcı tədbirlər görülməlidir: “Düzdür, hazırda dronların ölkəyə gətirilməsi xüsusi icazə və nəzarətlə həyata keçirilir. Lakin bu nəzarət dronların kütləviləşməsinin qarşısını ala bilməyəcək. Artıq bizim ölkədə də mühəndislər dron hazırlayır. Bu o deməkdir ki, hazırkı nəzarət mexanizmi yetərli olmayacaq. Hesab edirəm ki, radioelektron mübarizə üsulları genişləndirilməlidir. Bakı ilə yanaşı, iri sənaye şəhərlərimizdə radioelektron mübarizə qurğuları olmalıdır”.
“Bilirsiniz, elə obyektlər var ki, onlara yaxınlaşmaq belə olmaz. O ki qaldı, dronla şəklini çəkmək – bu yolverilməzdir. Bu hal fərdi şəxslərlə də bağlı ola bilər. Məsələn, biri öz həyətyanı sahəsini, evinin qarşısını heç kimin görməsini istəmir, bunun üçün hündür hasar çəkdirir. Digər biri isə dronla həmin əraziyə ovcunun içi kimi baxır”, – deyə professor əlavə edib.
Cavid QƏDİR
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











