AZ

Avtomobil nəqliyyatı vasitələri ilə idxal olunan yükün həcmi artıb

0e297d2002dd038689cbe22368d9fa93.jpg
20.11.2019 09:15

Bu ilin yanvar-oktyabr ayı ərzində avtomobil nəqliyyatı vasitələri 1 milyon 115 min 799 ton yük ixrac olunub. Sözügedən nəqliyyat növü ilə ölkəyə idxal edilən yüklərin həcmi isə 1 milyon 916 min 949 ton olub.

 

TED.az xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

 

Ümumilikdə bu ilin 10 ayı müddətində bütün nəqliyyat növləri ilə 37 milyon 465 min 115 ton yük ixrac olunub. İdxal həcmi isə bundan 26 milyon 9 min 790 ton az olub – 11 455 325.

 

Qeyd edək ki, idxal olunan yükün miqdarı 5 milyon 513 min 387 ton, ixrac olunan yükün həcmi isə 4 milyon 291 min 207 ton artıb. Belə ki, ötən ilin 10 ayı ərzində avtomobil nəqliyyatı vasitələri ilə 31 milyon 951 min 728 ton yük ixrac, 7 milyon 164 min 118 ton yük isə idxal olunub.

Dünya bölməsindən digər xəbərlər

Daha çox