AZ

Yenilənmiş Mitsubishi ASX krossoverinin şəkilləri nümayiş etdirilib

279c25db6a8040731c9e42bd517ac525.jpg
20.11.2019 11:30

İnternet şəbəkədə məşhur Mitsubishi ASX krossoverinin yeni nəslinin təzə şəkilləri nümayiş etdirilib. TED.az xarici mətbuata istinadən xəbər verir ki, modelin rəsmi premyerası Quançjoudakı avtosalonda keçiriləcək. Krossoverin fotoşəkillərini ətraflı öyrəndikdən sonra qeyd etmək olar ki, avtomobil sələfindən fərqli olaraq ciddi dəyişikliklər əldə edəcək. Mitsubishi ASX-in salonunda geniş funksionallığı olan qabaqcıl multimedia kompleksi tətbiq edilib.

 

 

Krossoverin kapotunun altında 167 at gücündə olan 2 litrlik turbin tipli alternativsiz mühərrik quraşdırılıb. Mitsubishi ASX krossoverin alıcıları mexaniki və ya avtomatik transmissiyalı model seçə biləcəklər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox