AZ

Honor şirkəti yeni MagicBook 15 noutbukunu nümayiş etdirəcək

e575fdf1dd1db32f6a3c0ce5cbe790ec.jpg
20.11.2019 11:42

Honor şirkəti yeni Honor MagicBook 15 portativ kompüterinin rəsmi anonsunu paylaşıb. TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu yenilik yüksək məhsuldarlıq və cəlbedici dizayn nümayiş etdirə bilər. Öz növbəsində, artıq şirkətin saytında yeni MagicBook 15 noutbukuna həsr olunmuş tizer nəşr olunub. Cihazın rəsmi satışı bu həftənin sonu başlaya bilər. Lakin MagicBook 15 noutbuku artıq Çində əvvəlcədən sifariş üçün mövcuddur.

 

İstehsalçılar hələ ki, noutbukun yeniliyində tətbiq olunan məhsuldarlıq səviyyəsini və seçimləri açıqlamırlar. Yeniliyin rəsmi premyerası noyabrın 26-da keçiriləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox