AZ

Yupiterdə su varmı? – NASA alimləri açıqladı

a8cff87619a780987c6825a46b7c010f.jpg
20.11.2019 11:50

Yupiterin “Avropa” peykinin atmosferində su buxarı var.

 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Amerika Milli Kosmik Agentliyinin (NASA) alimləri açıqlayıblar.

 

NASA-nın "Goddard" Kosmik Uçuş Mərkəzinin alimləri Havay adalarındakı rəsədxanada apardıqları müşahidələrin nəticələrini "Nature Astronomy" jurnalında dərc ediblər.

 

 

İtalyan astronomu Lukas Paqanininin rəhbərlik etdiyi tədqiqat qrupu 2016-2017-ci illərdə peykin atmosferində su buxarının izlərinin tapıldığını bildiriblər.

 

Tədqiqatçılar “Avropa”nın atmosferində su buxarının saniyədə 2 min 360 litr su çıxara biləcək miqdarda olduğunu söyləyiblər.

 

Alimlər hesab edirlər ki, su buxarının mövcudluğu planetdə maye halında suyun olmasına dair ehtimalları artırır.

 

Su buxarının səthi qalın buz təbəqəsi ilə örtülmüş “Avropa”nın qeyzer çuxurlarından çıxdığı güman edilir. Tapıntı həm də peykin buzlaq qabığının aşağı hissəsində səthaltı okeanın ola biləcəyinə dair nəzəriyyəyə uyğundur.

 

 

Su buxarının yerüstü buzun bəzi hissələrinin əriməsi və ya Yupiterin güclü radiasiya sahəsinin səthdən qopardığı buz parçalarının yayılması nəticəsində əmələ gəlməsi də ehtimallar sırasındadır.

 

Qeyd edək ki, Yupiterin 79 peykindən biri olan “Avropa”nı 1610-cu ildə italyan astronomu Qalileo Qaliley kəşf edib.

Elm bölməsindən digər xəbərlər

Daha çox