AZ

Xiaomi-nin yeni fitness-qolbağı məlum oldu

d1b6483007dbb06c8a890fabf25a7d2b.jpg
20.11.2019 12:38

Təqdimat noyabrın 21-də keçiriləcək

 

Xiaomi şirkəti bu günlərdə sosial şəbəkələrdə yeni bir fitness-qolbağının reklamına başlayıb, lakin qolbaq barəsində ətraflı məlumat verməyib. TED.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi məlumatların olmaması, əlbəttə ki, internet şəbəkə xəbərçiləri və marka pərəstişkarlarını dayandıra bilməyib. Məlum olub ki, təqdimat noyabrın 21-də keçiriləcək.

 

Bundan əlavə, Xiaominin Tvitterdəki növbəti qeydində qolbağın adının Mi Band 3i olacağına işarə verilib. Qeyd 1 dekabrda Banqalore şəhərində keçiriləcək RunWithMi marafon yarışına həsr olunub. Finalçılara yeni Mi Band hədiyyə veriləcəyi vəd edilib. Güman ki, burada məhz Mi Band 3i nəzərdə tutulur.

 

Tanınmış şəbəkə informatoru Mukul Şarma (Mukul Sharma) artıq Mi Band 3i adının düzgünlüyünü təsdiqləyib. Model Xiaomi fitnes-qolbağının ucuz variantı olmalıdır.

 

Bu il təqdim olunan Mi Band 4, Mi Band 3 ilə müqayisədə AMOLED rəngli ekran və Bluetooth 5.0 interfeysinin dəstəyini alıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox