AZ

Qualcomm 2021-ci ildə 450 milyon 5G smartfonu satılacağını proqnozlaşdırır

3e4363f1f706a0979a34573815e06a4c.jpg
20.11.2019 12:47

Qualcomm şirkəti 2021-ci ildə dünya smartfon istehsalçılarının 5G şəbəkəsini dəstəkləyən 450 milyon smartfon göndərəcəyini, 2022-ci ildə isə tədarükün həcminin 750 milyona qədər artacağını gözləyir. TED.az xarici mətbuata istinadən xəbər verir ki, 2020-ci ildə 5G-ni dəstəkləyən 200 milyon qurğunun göndəriləcəyi barədə Qualcomm-un əvvəlki proqnozunu nəzərə alsaq, 2021-ci il üçün proqnoz 125% artım nəzərdə tutur.

 

Smartfonlar üçün birkristallı sistemlərin ən böyük dünya tədarükçüsünün sözlərinə görə, 5G-nin tətbiqi 4G-dən daha sürətli gedəcək. Lokomotiv rolunda Çin çıxış edir. Bundan əlavə, müxtəlif qiymət seqmentlərinin cihazları üçün çipsetlərin mövcudluğu da əhəmiyyət daşıyacaq.

 

Analitiklər şirkətin smartfon istehsalçıları ilə sıx əlaqəsini nəzərə alaraq Qualcomm-un qiymətləndirmələrinə böyük əhəmiyyət verirlər. Qualcomm şirkəti və digər mobil çipset təchizatçıları 5G-nin sürətli tətbiqindən faydalanacaqlar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox