AZ

Uşaq hüquqları sahəsində innovativ proqramlar reallaşdırılacaq

838b20e0713a7e87be60bac28ee3ae50.jpg
20.11.2019 13:00

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

 

TED.az xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar.

 

Memorandum uşaq hüquqları sahəsində müxtəlif layihələrin həyata keçirilməsini və əməkdaşlıq çərçivəsində bu sahədə rəqəmli hökümət üzrə yeni həlləri dəstəkləyən proqramların, birgə innovativ layihələrin reallaşdırılmasını əhatə edir.

 

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin rəqəmli hökumət və innovasiyalar sahəsində layihələri, o cümlədən uşaq hüquqlarının qorunması, təbliği, bu istiqamətdə paytaxtda və regionlarda əhalinin maarifləndirilməsi sahəsində görüləcək işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, memorandum əməkdaşlığın genişləndirilməsində də yeni imkanlar yaradacaq.

 

Qonaqlar məktəb şagirdlərinin hazırladığı “Uşaq hüquqları Konvensiyası: uşaqların gözündə” sərgisi ilə də tanış olublar.

 

Qeyd edək ki, 20 noyabr - Ümumdünya Uşaq Günü kimi qeyd olunur.  “UNICEF” və “ASAN Könüllüləri” Təşkilatı Uşaq Hüquqları Konvensiyasının 30 illik Yubileyi ərəfəsində müxtəlif tədbirlər həyata keçirirb.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox