AZ

Şəkidə dron çəkilişləri ilə çöl tədqiqatları aparıldı

00ec1b0fd175bcbc7f7edbd32828ad82.jpg
20.11.2019 13:30

Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində çöl tədqiqatları aparılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından TED.az-a verilən məlumata görə, ekspedisiya zamanı toplanan materialların kameral təhlili aparılıb, qazıntı sahəsində dron (kvadrokopter) çəkilişləri və taxeometr (total station) cihazı vasitəsilə götürülən topoqrafik ölçülərin əsasında ortofotoplanlar hazırlanıb.

 

Dron çəkilişləri AMEA-nın Yüksək Texnologiyalar Parkının əməkdaşları tərəfindən aparılıb.

 

Ekspedisiya, o cümlədən Şəkinin Kiş kəndindəki Doxun Antik dövr abidəsində də kəşfiyyat işləri yerinə yetirilib. Dron və taxeometr cihazı vasitəsi ilə çəkilişlər aparılıb və toplanan məlumatlar əsasında abidənin ərazisinin ortofotoplanı tərtib edilib.

 

Qeyd edək ki, arxeoloji ekspedisiya öz işini 2020-ci ilədək davam etdirəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox