AZ

Şamaxı Rəsədxanasının tarixində ilk ixtiranın müəllifiyəm – Eksklüziv AÇIQLAMA

8a5ab8e3f3c2b8ec0b7bed31e8248a5c.jpg
20.11.2019 14:00

“Mən Şamaxı Astrofizika Rəsədxanasının tarixində ilk ixtiranın müəllifiyəm. 1982-ci ildə teleskopun fotoizləyici sisteminin patentini almışam”.

 

Bu sözləri TED.az-a müsahibəsində Azərbaycan Texniki Universitetinin “Radiotexnika” kafedrasının müdiri, Avropa Astronomiya Şurasının üzvü, professor Vaqif Məhərrəmov deyib.

 

 

Alimin sözlərinə görə, 1962-1964-cü illərdə Şamaxı Rəsədxanasına Avropada ən keyfiyyətli güzgüyə malik 2 metrlik SSRİ-Almaniya dostluq teleskopu hədiyyə edilib: “Teleskopun istismarı üçün fizika və riyaziyyatı yaxşı bilən mütəxəssis lazım idi. Riyazi biliklərim yüksək olduğu üçün teleskopun baş mühəndisi təyin edildim. Səma cisimlərini tədqiq etmək üçün teleskopun yanında mütləq izləyici sistem olmalıdır. Sözügedən sistem ən yaxın ulduza fokuslanır ki, teleskopun işi daha effektiv olsun. Sahəni yaxşı bilidiyimə görə, bu barədə araşdırmalar aparırdım ki, teleskopun imkanlarından maksimum yararlana bilək. Beləcə, məndə ideya yarandı. Teleskopun yanına 20 sm-lik fotogid quraşdırılmışdı. Bucaq fərqi yarandığından dəqiq izləmək mümkün olmurdu. Yarımşəffaf güzgülər vasitəsilə müşahidə etmək istədiyimiz ulduzdan gələn işığın köməyilə səma cisimlərini izləyirdik. Mən də bu çətinliyi aradan qaldıracaq üsul tapdım. Teleskopun spektrometrinin yarığına 4 ədəd fotoqəbuledici qoyduq. Bu da müşahidə edilən ulduzun atmosferi keçib bizə çatan işığını toplayaraq daha da gücləndirilməsinə yardım etdi. Leninqraddan (indiki Sankt-Peterburq – C.Q.) çox məşhur optika mühəndisi gəlmişdi. Mənim yeni qurğumu çox yüksək qiymətləndirdi. Əlavə etdi ki, bu qurğu ilkdir, patentini almalısan. Beləcə, mən bütün sənədləri toplayıb müraciət etdim. 1982-ci ildə isə qurğunun patentini aldım”.

 

Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox