AZ

İnnovativ düşüncəli gənclərə böyük ehtiyac var – AÇIQLAMA

f40021f35cd9cc0dac903e1e09fd9f14.png
20.11.2019 14:55

Gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər".

 

TED.az xəbər verir ki, bunu Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri Hüseyn Əsgərli deyib.

 

H.Əsgərli qeyd edib ki, müasir dövrdə innovativ düşüncəli gənclərə böyük ehtiyac var: "Məhz bu səbəbdən ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir. Tələbələrimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün istifadə edirlər".

 

Şöbə müdiri əlavə edib ki, nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox