AZ

Yeni mobil etibarnamə sistemi istifadəyə veriləcək

a504f293e163a503a0752ac8b5da758b.jpg
20.11.2019 15:17

“Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyət göstərəcək. Həmin sistemdə istənilən nəqliyyat vasitəsinə dair etibarnaməni telefon vasitəsi ilə əldə etmək mümkün olacaq”.

 

TED.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

 

Ağakərim Səmədzadə bildirib ki, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində mobil telefon vasitəsilə etibarnamə verə biləcək. Bu sistem Ədliyyə Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanıb. Sistem olduqca sadədir. Vətəndaşın adına olan bütün nəqliyyat vasitələrini sistemdə tapmaq mümkün olacaq. Bu zaman istifadəçi əvvəlcə etibar etmək istədiyi nəqliyyat vasitəsini, ardınca etibar edəcəyi şəxsi, sonda isə etibar müddətini seçir. Ödəniş edildikdən sonra məlumatlar avtomotik olaraq Dövlət Yol Polisinə göndərilir".

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox