AZ

Xiaomi-nin rəhbəri 5G ilə Redmi K30 smartfonunun hazırlanmasını təsdiqlədi

53c903cb7a7ed00b92ffcce74b96e2b1.jpg
20.11.2019 20:00

Xiaomi şirkətinin rəhbəri China Mobile Global Partner Conference 2019 çərçivəsində 2020-ci ildə şirkətin 5G cihazlarının inkişafı üzrə birinci olmaq niyyətində olduğunu söyləyib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, Çin şirkətinin rəhbəri 5G ilə smartfonları yalnız Mi seriyasının deyil, Redmi-ni də istehsal edəcəyini deyib.

 

Daha sonra qeyd olunub ki, beşinci nəsil şəbəkələri dəstəkləyən ilk smartfon Redmi K30 olacaq. Bir müddət əvvəl Redmi K30-un 2020-ci ilin birinci rübündə satışa buraxılacağı xəbər verilmişdi.

 

Bu cihaz barədə məlumat hələ çox azdır, lakin ona Snapdragon 865 prosessorunun quraşdırılacağı gözlənilir.

 

Daha əvvəl şəbəkə xəbərçisi Sudhanşu Ambhore smartfonun ekranında iki kəsiyin olacağını yazıb, amma bu kəsiklərin nə üçün nəzərdə tutulduğunu mənbə hələ  bilmir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox