AZ

Ədliyyə Nazirliyində ROBOTLAŞMA ilə bağlı yeni layihələrə başlanılacaq

65501a5f6f25f7f60289faa027ca591c.jpg
20.11.2019 16:27

“Ədliyyə Nazirliyi 2020-ci ildən etibarən Robotlaşma ilə bağlı yeni layihələrə başlayacaq. Robotlaşma layihələri birbaşa icra sisteminin təkmilləşməsinə yönəlib”.

 

TED.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

 

Ağakərim Səmədzadə bildirib ki, robotlaşma layihəsi icra prosesini olduqca asanlaşdıracaq: “İcra prosesi ilə bağlı məlumat sistemə daxil olan kimi, sistem avtomatik şəkildə borclu şəxsin aktivlərini axtaracaq. Həmin şəxsin aktivini müəyyənləşdirdikdən sonra isə bu məlumtaları icraçının önünə çıxaracaq. Bundan sonra isə məhkəmənin işi yönləndirdiyi icraçı şəxs əlində olan məlumatlar əsasında qərar verəcək”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox