AZ

Huawei Mate X-in təmir xərcləri dodaq uçuqladır

9a22389256cf4da2c709ff925cc6d4df.jpg
20.11.2019 22:00

“Samsung”dan sonra “Huawei” qatlanan telefonlar dünyasına daxil oldu. TED.az xəbər verir ki, qiyməti 2190 avro olan “Mate X” Çində satışa çıxarılıb. Deyilənlərə görə, telefona Çində böyük maraq göstərilib. Amma cihazın təmir xərcləri gözlənildiyindən çoxdur. Belə ki, “Huawei Mate X”in təmirinə xərclədiyimiz vəsaitlə yeni bir telefon əldə etmək olar.

 

“Huawei Mate X”in təmir xərcləri aşağıdakı kimi sıralanır:

 

Ekran: 7.080 Çin Yuanı (905 avro)

Batareya: 278 Çin Yuanı (35 avro)

Yaddaş kart: 3.579 Çin Yuanı (460 avro)

Sol batareya qapağı: 361 Çin Yuanı (45 avro)

Sağ batareya qapağı: 361 Çin Yuanı (45 avro)

Arxa kamera: 698 Çin Yuanı (90 avro)

 

Telefonun ekran dəyərinə baxdıqda onun 7080 Çin yuanı olduğunu görürük. Bu da təxminən 910 avro deməkdir. Qeyd edək ki, şirkət ilkin təmir işlərində 50 faiz endirim təklif edir. Ümumi ölçüsü 8 düym olan ekrana sahib cihazın prosessorunda Blong 5000 modemindən istifadə edilir.

 

8 GB RAM və 512 GB daxili yaddaşla yanaşı, telefon 40 meqapiksellik əsas kamera, 16 meqapiksellik ultra geniş bucaqlı linzalar, 8 meqapiksellik telefon fotoaparatı və 3D dərinlik sensoru ilə təchiz olunub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox