AZ

Caspian European Club üzvləri İNNOLAND-da olublar

56a62a007441e8358c480444ccb6f89e.jpg
20.11.2019 16:49

Caspian European Club üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinə baş çəkiblər.

 

TED.az xəbər verir ki, şirkət rəhbərlərinə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və Elektron Hökumətin İnkişafı Mərkəzinin təqdimatı keçirilib. Biznes-tur çərçivəsində şirkətlər, həmçinin “ASAN xidmət” Çağrı Mərkəzinin və “ASAN Radio”nun fəaliyyəti ilə tanış olublar. “Biznes-tur” iştirakçılarına Mərkəzin fəaliyyəti və gələcək planları barədə interaktiv formatda məlumatlar verilib.

 

Xatırladaq ki, dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən “Caspian European Club” 2002-ci ilin iyun ayında yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Həmçinin klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya və Latviyada səlahiyyətli nümayəndələri var.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox