AZ

Changan öz Suzuki Vitara krossoverində dəyişikliklər edəcək

57cade11ca7e8d33a357e80703e4c388.jpg
20.11.2019 17:44

Çinin Changan şirkəti məşhur yapon modeli Suzuki Vitaranı xatırladan krossoverin yeni versiyasının dizaynını patentləşdirib. TED.az xarici mətbuata istinadən xəbər verir ki, artıq internet şəbəkədə unikal elementlərə - arxa fənərlərə, radiatorun barmaqlıqlarına və qabaq bamperə malik olan avtomobilin şəkilləri yayılır. Texniki parametrlərdən avtomobilin 122 at gücündə olan 1,6 litrlik benzin aqreqatı aldığı elan olunub.

 

Yeni kompakt krossover 6 pilləli ötürmə mexanizmi ilə hərəkətə gətirilir. Ehtimal olunur ki, yeniliyin premyerası gələn il baş tutacaq. Changan krossoverin satışları gələn il başlasa da, nə zaman bazara çıxarılacağı hələ dəqiq bildirilməyib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox