AZ

Ədliyyə Nazirliyinin bir neçə xidməti də elektronlaşdırılacaq – AÇIQLAMA

5e092a5e2c04a8db9a10656708b7d258.jpg
21.11.2019 10:21

“Yaxın gələcəkdə Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərindən borcluların digər tipli nəqliyyat vasitələrinə, Maliyyə Bazarlarına Nəzarət Palatasından qiymətli kağızların elektron qaydada alınacaq. Eləcə də, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, “Azərişıq”, “Azərsu”, “Azəriqaz” kimi qurumlardan digər aidiyyəti məlumatların elektron qaydada alınması üçün tədbirlər görülür”.

 

TED.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev deyib.

 

Nurəddin Mustafayev bildirib ki, hazırkı vəziyyətində sistem işlərin icrası prosesini sürətləndirməklə yanaşı, mühüm məlumat mənbəyi və yerli qurumların fəaliyyətinə elektron nəzarət vasitəsi kimi çıxış edir: “İcraata daxil olan bütün kateqoriya icra sənədlərinin sistemdə təsnifatlar üzrə qeydiyyatı aparıldığından istənilən növ işə dair məlumatlar qısa müddətdə əldə edilə bilir. Digər tərəfdən isə sistem faktiki olaraq borcluların reyestri kimi istifadə olunur. Hazırda nazirliyin elektron xidmətlər bölməsi vasitəsilə vətəndaşlar icra xidmətinin bir sıra fəaliyyət istiqamətləri, o cümlədən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, icra qurumları, onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 5 min manatdan artıq olmayan daşınan əmlakın satışı üzrə ticarət şəbəkələri barədə məlumat almaq imkanına malikdirlər. Həmçinin borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin elektron qaydada ödənilməsi mümkündür”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox