Baş icra məmuru: 30-a yaxın məlumatın elektron əldə edilməsi icra prosesini əhəmiyyətli şəkildə sürətləndirib
“İcraatların kağız formatından tam elektron müstəviyə keçirilməsini hədəfləyən “Elektron icra” informasiya sistemi artıq 3 ilə yaxındır ki, icra məmurlarının istifadəsindədir. Bu sistemin tətbiqi ilə icra sənədlərinin icrasının təşkili keyfiyyətcə yeni mərhələyə yüksəlib”.
TED.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev deyib.
Nurəddin Mustafayev bildirib ki, 2017-ci ilin yanvar ayından fəaliyyətə başlayan “Elektron icra” informasiya sistemi hazırda 32 qurumda tamamilə tətbiq olunur: “10-dək dövlət orqanlarının elektron informasiya bazalarına inteqrasiyası təmin edilib, bir sıra qurumlardan 30-a yaxın məlumat ani rejimdə əldə edilməklə icra prosesi əhəmiyyətli şəkildə sürətləndirilib”.
“Artıq icra məmurları Daxili İşlər Nazirliyindən avtonəqliyyat vasitələri, o cümlədən onların üzərində həbsin və digər məhdudiyyətin olub-olmaması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şəxslərin əmək haqqı, pensiya və digər ödənişləri, əmək müqaviləsi, eləcə də sığortaolunan qismində qeydiyyatının olub-olmamasını elektron şəkildə əldə edirlər. Eləcə də, Əmlak Məsələləri Dövlət Xidmətindən borcluların daşınmaz əmlakları barədə məlumatları, Dövlət Vergi Xidmətindən hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesabları, habelə VÖEN üzrə olan bütün məlumatlar da real vaxt rejimində əldə olunur. Bu gün Əhalinin Dövlət Reyestri Xidmətindən şəxsiyyət vəsiqəsi, qohumluq və ölüm faktı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən tərəflərin mobil telefon nömrələri, notariuslardan vərəsəliyə dair şəhadətnamələrin, əmlaka dair etibarnamələrin verilib-verilməməsi barədə məlumatlar da elektronlaşdırılıb. Bununla yanaşı, daşınmaz əmlakların alqı-satqısı, icarəsi, ipoteka ilə yüklülüyünə dair məlumatları, “ASAN” xidmət üzərindən Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, xarici pasportlar, diplomlar və sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə məlumatları ani rejimdə əldə edirlər”, – deyə Baş icra məmuru qeyd edib.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










