iPhone 11 üçün batareyalı telefon üzlüyü təqdim edildi
Hər il olduğu kimi “Apple” bu il də yeni “iPhone” modellərini təqdim etdi, ancaq aksessuarları satışa çıxarmaq üçün bir qədər gözləməyi qərara aldı. TED.az xəbər verir ki, alıcıların çoxdan gözlədiyi “iPhone 11 Smart Batareya Case” nəhayət təqdim olunub.
Təxminən 175 dollar dəyəri olan bu üzlüklər əvvəlkilərdən bir xüsusiyyəti ilə fərqlənir. Əvvəlki modellərdən fərqli olaraq, yeni üzlüklərdə kameranı işə salmağa imkan verən düyməsi var. Telefon kilidlənsə də bu düyməni sıxaraq çəkilişə başlaya bilərsiniz. Düyməni bir dəfə sıxdığınızda bir şəkil, uzun müddət sıxıb saxladıqda isə “QuickTake” videosu çəkə bilərsiniz.
Kamera bölməsindəki fərqi nəzərə almasaq üzlük dizayn baxımından əvvəlkilərdən fərqlənmir. Bu üzlükdən istifadə etdiyiniz zaman batareyanın ömrünü 50 faiz artırmış olursunuz. Üzlük həm də naqilsiz Qİ enerji yığma texnologiyasını dəstəkləyir. Bu, o deməkdir ki, naqilsiz enerji yığma cihazından istifadə edərkən eyni vaxtda həm üzlüyün, həm də telefonun batareyasını enerji ilə təmin etmək olar.
Qeyd edək ki, qara, ağ və çəhrayı rəngdə təqdim olunan üzlüklər noyabrın 25-dən satışa çıxarılacaq.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
Həftənin ən çox oxunanları
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD














