Kosmosa göndərilən 1 kiloqram yükün dəyəri nə qədərdir? – AÇIQLAMA
“Keçən əsrdə kosmosa aparılan hər kiloqram yükün dəyəri bir kiloqram qızıla ekvivalent idi”.
Bu sözləri TED.az-a eksklüziv açıqlamasında Azərbaycan Texniki Universitetinin "Radiotexnika" kafedrasının müdiri, Avropa Astronomiya Şurasının üzvü, professor Vaqif Məhərrəmov deyib.
Professor bildirib ki, indi hər kiloqram yükün dəyəri iki kiloqram qızıla, təxminən 100 min ABŞ dollarına bərabərdir: “Son illər kosmik tədqiqatlar daha intensivləşib və dərinləşib. Layihələrin həcmi dəfələrlə böyüdüyü üçün cihazların davamlılığı, iş əmsalı artırılıb. Ona görə də ayrılan xərc də əvvəlkindən xeyli çoxdur”.
Vaqif Məhərrəmovun fikrincə, gələcəyin güc sahibi kosmik tədqiqatlarda və sənayedə söz sahibləri olacaq: “Bizim ölkədə bu sahə üzrə yaxşı elm adamları yetişib. SSRİ və indiki Rusiya kosmik sənayesi demək olar ki, həmyerlilərimiz olan alimlərdən aslı idi. Hər halda təkcə Kərim Kərimovun adını çəkmək yetərlidir. İndi də ölkəmizdə mühüm işlər görülür. Azərbaycan balaca ölkədir. İqtisadi qüdrətimizdən istifadə edərək öz peyklərimizi istifadəyə verdik. Bu sahədə önəmli yol qət etmişik”.
“Qardaş ölkə olan Türkiyədə də son illər kosmik tədqiqatla bağlı ciddi işlər görülür. Azərbaycan Texniki Universitetindən bir neçə nümayəndə olaraq Türkiyəyə dəvət olunmuşduq. Orada bizi öz işləri ilə tanış etdilər. Sizə açıqlaya bilmədiyim bəzi məqamlar var, lakin birmənalı şəkildə deyə bilərəm ki, Türkiyədə kosmik tədqiqatla bağlı çox önəmli işlər həyata keçirilir”, – deyə professor əlavə edib.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












