AZ

Kosmosa göndərilən 1 kiloqram yükün dəyəri nə qədərdir? – AÇIQLAMA

0fd911a93860ec4396fb9a4fec9456e3.jpg
21.11.2019 13:40

“Keçən əsrdə kosmosa aparılan hər kiloqram yükün dəyəri bir kiloqram qızıla ekvivalent idi”.

 

Bu sözləri TED.az-a eksklüziv açıqlamasında Azərbaycan Texniki Universitetinin "Radiotexnika" kafedrasının müdiri, Avropa Astronomiya Şurasının üzvü, professor Vaqif Məhərrəmov deyib.

 

Professor bildirib ki, indi hər kiloqram yükün dəyəri iki kiloqram qızıla, təxminən 100 min ABŞ dollarına bərabərdir: “Son illər kosmik tədqiqatlar daha intensivləşib və dərinləşib. Layihələrin həcmi dəfələrlə böyüdüyü üçün cihazların davamlılığı, iş əmsalı artırılıb. Ona görə də ayrılan xərc də əvvəlkindən xeyli çoxdur”.

 

 

Vaqif Məhərrəmovun fikrincə, gələcəyin güc sahibi kosmik tədqiqatlarda və sənayedə söz sahibləri olacaq: “Bizim ölkədə bu sahə üzrə yaxşı elm adamları yetişib. SSRİ və indiki Rusiya kosmik sənayesi demək olar ki, həmyerlilərimiz olan alimlərdən aslı idi. Hər halda təkcə Kərim Kərimovun adını çəkmək yetərlidir. İndi də ölkəmizdə mühüm işlər görülür. Azərbaycan balaca ölkədir. İqtisadi qüdrətimizdən istifadə edərək öz peyklərimizi istifadəyə verdik. Bu sahədə önəmli yol qət etmişik”.

 

“Qardaş ölkə olan Türkiyədə də son illər kosmik tədqiqatla bağlı ciddi işlər görülür. Azərbaycan Texniki Universitetindən bir neçə nümayəndə olaraq Türkiyəyə dəvət olunmuşduq. Orada bizi öz işləri ilə tanış etdilər. Sizə açıqlaya bilmədiyim bəzi məqamlar var, lakin birmənalı şəkildə deyə bilərəm ki, Türkiyədə kosmik tədqiqatla bağlı çox önəmli işlər həyata keçirilir”, – deyə professor əlavə edib.  

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox