Milli Aviasiya Akademiyası üçün Embraer E190-E1 aviasiya trenajoru alınacaq
Birləşmiş Ərəb Əmirliklərində aviakosmik tədbirlərindən biri olan illik “Dubai Air Show 2019” aviasalonu və sərgisi keçirilir.
TED.az xəbər verir ki, sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir.
Sərgidə “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgi çərçivəsində Eldar Hacıyev “Airbus” konsernin kommersiya direktoru Kristian Şerer (Christian Scherer) ilə görüş keçirib. Danışıqların əsas mövzusu “Airbus A320Neo” və “Airbus А220” kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olub. Azərbaycan nümayəndə heyəti aviasalonda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparıb.
Həmçinin AZAL-ın aviasalonda iş proqramı çərçivəsində pilotların təlim və lisenziyalaşdırılması üçün mülki aviasimulyatorların “FlightSafety International” kimi aparıcı təchizatçıları ilə danışıqlar aparılıb. Milli Aviasiya Akademiyası üçün “Embraer E190-E1” aviasiya trenajorunun əldə edilməsi gözlənilir. Yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











