AZ

Azərbaycanda startaplar və rəqəmli iqtisadiyyata dair layihələr dəstəklənəcək – QRANT

d29a5cc5cc0cb0c7647207ea1d90cbfd.jpg
21.11.2019 14:18

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura) ilə 2020-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsini elan edir.

 

TED.az xəbər verir ki, keçiriləcək qrant müsabiqəyə dövlət qeydiyyatından keçmiş, sözügedən mövzu üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları iştirak etməyə dəvət edilir.

 

İİTKM və Şura Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslər, Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmli iqtisadiyyatın genişləndirilməsinə dair təşəbbüslər və s. mövzular üzrə layihələri qəbul edir.

 

Qeyd edək ki, müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox