AZ

Hakerlərin telefonunuzun kamerası ilə sizi izləməsi təsdiq olundu – Google və Android problemi aradan qaldırmağa çalışır

203ca16b9410f0fe0939c051966cb609.jpg
21.11.2019 14:57

Bəzi filmlərdə və seriallarda hakerlərin kompüter və mobil telefon kimi cihazların kameralarına icazəsiz giriş əldə etdiklərini görmüşük. Demə, real həyatda da belə bir problemlə qarşılaşmaq mümkündür. TED.az xəbər verir ki, təhlükəsizlik araşdırmaları hakerlərin Android cihazlarında kameraya giriş əldə edilə biləcəyini aşkar ediblər.

 

Bildiyimiz kimi Android cihazlarındakı tətbiqlərin bəzi xüsusiyyətlərini istifadə etmək üçün icazə alınmalıdır. Məsələn, İnstaqram üçün kamera girişini bağladığınız zaman, tətbiq birbaşa kameraya daxil ola bilmirdi. Lakin aşkarlanan boşluğun sayəsində icazə olmadan da, hansısa tətbiqə daxil olmaq mümkündür. Hakerlər cihazınızda saxlanan foto və videoları kamera girişinə bənzər fayl sisteminə daxil olaraq əldə edə bilərlər. Təhlükəsizlik tədqiqatçıları bildiriblər ki, EXIF məlumatlarına əsasən, hətta olduğunuz yerin aşkarlanması da mümkündür. 

 

 

Zərərli proqram hələ antivirus proqramçıları tərəfindən aşkar edilə bilməyib. Bəzi şirkətlərin təmsilçiləri bu problemla bağlı artıq işə başladıqlarını bildiriblər.

 

Qeyd edək ki, şirkət bu boşluq üçün “Google”a müraciət edib. “Google” şirkətindən verilən məlumata görə, boşluq səlahiyyətlilər tərəfindən CVE-2019-2234 şifrəsi vasitəsilə aradan qaldırılacaq. Onu da nəzərinizə çatdıraq ki, “Google”la birlikdə Samsung da Android kamera boşluğunu aradan qaldırmaq üçün lazımi tədbirlər görür.

 

“Samsung” rəhbərliyi telefonunuza edilə biləcək istənilən hücumun qarşısını almaq üçün mütəmadi olaraq yeniləmələri tətbiq etməyinizi tövsiyə edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox