Stenford Universiteti gələcəyin xəstəxanalarını yaradır: Zalda robotlar işləyəcək və süni intellektdən istifadə olunacaq
Stenford Universiteti gələcəyin xəstəxanalarının yaradılacağını elan edib. Avtomatlaşdırılmış bu qurumda əsas kadrlar müxtəlif robotlarla əvəz olunacaq. Xəstəxanalar 5G şəbəkəsinə qoşulmağa hazır olmalı, həmçinin süni intellektə əsaslanan həllərdən istifadə etməlidir.
TED.az xəbər verir ki, Stenford Universiteti müasir texnologiyalara söykənəcək xəstəxananın müasir bazasını yaratmağa qərar verib. İnvestisiya dəyəri çox böyükdür, çünki bu layihənin həyata keçməsi üçün 2,1 milyard dollara qədər vəsait tələb olunur.
Universitet şəhərciyində salınacaq xüsusi tipli Stanford Health Care xəstəxanasında insanları bir çox məsuliyyətdən azad edən robotlar işləyəcək. Onlar xüsusilə aptek üçün dərmanların qablaşdırılmasında istifadə olunacaqlar. Daha sonra bu dərmanlar digər avtomatlaşdırılmış vasitələrdən istifadə edilərək çatdırılma nöqtəsində təhvil veriləcək. Digər avtomatlaşdırılmış vasitə, xüsusən camaşırxanadan camaşırların gətirilməsi və ya zibil yığılması ilə məşğul olacaq.
Bu layihədə süni intellektə əsaslanan həllərdən də geniş istifadə ediləcək. Bu, xəstənin təhlükəsizliyini artırmaq üçün hazırlanmış xüsusi sensorlardan istifadəni nəzərdə tutur. Bundan əlavə, xəstəxanaların avtomatlaşdırılması və oradakı insanların vəziyyətinin monitorinqini əhatə edən çox sayda həll yolu işlənəcək. Lazım olduqda bazanı 5G şəbəkəsinə bağlamaq mümkün olacaq.
Stanford Universiteti hələ ki, test olaraq bu yeni həllərin xəstəxananın ümumi fəaliyyətinə və maliyyə vəziyyətinə necə təsir edəcəyini görmək istəyir. Zaman keçdikcə robotların bu cür tətbiqi digər qurumlarda da həyata keçirilə bilər.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











