AZ

QHT Şurası bir neçə dövlət qurumu ilə innovativ mövzular üzrə qrant müsabiqə keçirir

f457f65bc9931b2e06954450ebdfca23.jpg
21.11.2019 17:19

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura) Ədliyyə, Təhsil, Səhiyyə, Mədəniyyət, Kənd Təsərrüfatı nazirlikləri, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Elektron Hökumətin İnkişafı Mərkəzi və s. qurumlarla qrant müsabiqə keçirir.

 

TED.az xəbər verir ki, müsabiqədə iştirak edən Qeyri Hökumət Təşkilatı irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi ekspert heyətinə malik olmalıdır.

 

Şura keçiriləcək qrant müsabiqəyə Ədliyyə Nazirliyi ilə “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin təkmilləşdirilməsinə dair təşəbbüslər Təhsil Nazirliyi STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı kurikulumların ümumi təhsil müəssisələrində tətbiqini təşviq edən təşəbbüslər, Səhiyyə Nazirliyi Azərbaycanda rəqəmsal səhiyyə sistemlərinin inkişafı ilə bağlı təşəbbüslər, Mədəniyyət Nazirliyi mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər və s. mövzusu üzrə layihələr qəbul edilir.

 

Eləcə də, Şura və Kənd Təsərrüfatı Nazirliyi İnnovativ texnologiya və metodların tətbiqi, həmçinin yeni aqrar məşğulluq istiqamətlərinin formalaşdırılmasında fermerlərə dəstək, Elektron Hökumətin İnkişafı Mərkəzi ilə regionlarda yaşayan əhalinin elektron xidmətlər və onlardan istifadənin üstünlükləri haqqında maarifləndirilməsinə dair təşəbbüslər, Elektron hökumət, elektron xidmətlər və rəqəmli həllər sahəsində jurnalistlər üçün təlimlərin təşkili, “Rəqəmli hökumət həlləri” mövzusunda ali təhsil müəssisələri arasında yarış və müsabiqələrin keçirilməsinə dair təşəbbüslər üzrə də layihələr qəbul edilir.

 

Şura və İctimai Televiziya və Radio Yayımları Şirkəti Elektron xidmətlərdən istifadə qaydaları haqqında təbliğat xarakterli sosial çarxların hazırlanması üzrə qrant müsabiqə qəbulu elan edib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox