AZ

Müəllimlərin Startap imkanları: eTwinning layihəsi çərçivəsində regional konfrans keçirilib

7256eaeb8a4d624bf13e8a83a0368178.png
21.11.2019 17:36

“eTwinning” layihəsi çərçivəsində konfrans keçirilib.

 

TED.az xəbər verir ki, Lənkəranda “eTwinning” layihəsi çərçivəsində “Layihə yönümlü təhsil” mövzusunda regional konfrans keçirilib.

 

Konfransda Lənkəran Şəhər Təhsil İdarəsinin müdiri Aslan İbrahimov, müdir müavini Güloğlan Bağırov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova, şəhər və bölgələrdən 60 nəfər müəllim iştirak edib.

 

Tədbirin keçirilməsində məqsəd müasir tədris metodologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi, layihə əsaslı tədrisin müzakirəsi, müəllimlərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi, “eTwinning” layihəsinin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi olub.

 

3 gün davam edən tədbirdə müəllimlər tərəfindən 5-i beynəlxalq olmaqla, 14 yeni layihə yaradılıb. Konfrans çərçivəsində təlimlər təşkil olunub. Daha öncə Avropada təlimlərdə iştirak edən müəllimlər öz təcrübələrini paylaşıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox