AZ

LG yeni NanoCell texnologiyalı televizorlarını təqdim edir

9cfa9818ec761cb79546edeb3efdbf6f.png
21.11.2019 18:30

Ağıllı prosessorlara malik televizorlar məzmunu təhlil edir, şəkil və səs keyfiyyətini artırmaq üçün alqoritm tətbiq edir

 

“LG Electronics” şirkəti televizorları innovasiyalarla təmin etməkdə qərarlıdır.

 

TED.az-a LG-nin Azərbaycandakı media tərəfdaşı “Red Communication”dan verilən məlumata görə, illər ərzində “LG Electronics” özünün premium LCD televizor modellərini durmadan təkmilləşdirir.

 

Diqqəti “NanoCell Display” texnologiyasına çəkmək üçün LG-nin televizorları “NanoCell” adı ilə yenidən təqdim edilib. “NanoCell” texnologiyası ilə təchiz olunmuş televizorlar daha canlı rəng palitrası və möhtəşəm görüntü keyfiyyətini təmin edir.

 

Son dövrlərə qədər izləyicilər televizora baxmaq üçün onunla üzbəüz əyləşməyə məcbur idilər. IPS ekranlarının tətbiqi ilə istehlakçılar indi geniş baxış bucaqlarından faydalana və məzmunu rahatlıqla izləyə bilərlər.

 

Bunu inkişaf etdirərək, izləyicilərin imkanlarını daha da artırmaq üçün LG “NanoCell” texnologiyasını yaradıb. “NanoCell” televizorları təmizləyici qismində çalışan nano-hissəcikləri tətbiq edərək, saf rəng yaradır. Daha zəngin rəng palitrasına malik “NanoCell” televizorları bir milyarddan çox rəngi dəstəkləyir.

 

LG-nin “NanoCell” televizorlarında qara rəngi daha incə görüntüləmək üçün arxa işıq cihazlarına individual nəzarət edən Nano Black sistemi də mövcuddur. “NanoCell” televizorları kontrastı qoruyur və işıq yayılmasını minimuma endirir.

 

 

LG-nin 2019 “NanoCell” seriyası ölçüsü 49 ilə 75 düym arasında dəyişən, süni intellektlə təchiz edilmiş 14 modeldən, o cümlədən flaqman hesab edilən 75 düymlük 8K LCD televizorundan (model SM99) ibarətdir.

 

Şirkətin 86 düymlük 4K “NanoCell” televizor modeli ilin əvvəlində “CES-2019” İnnovasiya Mükafatına layiq görülüb.

 

“Yaxın Şərq və Afrika geniş texnoloji inkişafa şahidlik etdiyimiz bazarlardır. İstehlakçı ev elektronikasından ən yaxşısını gözləyir. Böyük ailələr və sosial qruplar üçün ideal olan “NanoCell” televizoru çeşidlərimizlə bazar lideri olduğumuz üçün qürur duyuruq. LG innovasiyaya investisiya qoymağa və insanları etdiyimiz işin mərkəzində saxlamağa davam edəcək", - deyə “LG Electronics”in Yaxın Şərq və Afrika Nümayəndəliyinin prezidenti Ceyms Li vurğulayıb.

 

Ağıllı prosessorlara malik “NanoCell” televizorları məzmunu təhlil edir, şəkil və səs keyfiyyətini artırmaq üçün isə alqoritm tətbiq edir.

 

LG-nin “NanoCell” televizoru, həmçinin “Dolby Vision™” tərəfindən hazırlanmış premium HDR məzmununu dəstəkləyir. “Dolby” texnologiyası görüntü keyfiyyətində yeni standart yaradır.

 

Qabaqcıl vizual imkanları ilə yüksək keyfiyyət təmin edən LG-nin yeni “NanoCell” televizorları səsin otaq daxilində və üçölçülü məkanlarda istifadəçi ətrafında yayılmasını təmin edən inqilabi audio-texnologiyadan – “Dolby Atmos®”dan da istifadə edir. Yüksək aydınlıq, zənginlik, görüntü detalları və dərinliyi ilə “NanoCell” televizor sahibləri məzmundan faydalana bilirlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox