Abşeron və Sumqayıtda yeni texnologiya üzərindən simsiz internet və telefoniya xidmətlərinin göstərilməsinə başlanılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
TED.az xəbər verir ki, artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə Xırdalan şəhərində, Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurd dərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.
Abşeron rayonunda və Sumqayıt şəhərində LTE texnologiyası üzərindən simsiz internet və telefoniya xidmətlərinin göstərilməsinə başlanılıb. LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.
Qeyd edək ki, LTE texnologiyası dünyanın bir çox ölkələrində tətbiq edilir və bu xidmətin abunəçilərinin sayı 4 milyarda çatıb.
Xatırladaq ki, Azərbaycanda LTE şəbəkəsinin tətbiqi üzrə layihəyə 2018-ci ilin əvvəlində start verilib. Pilot olaraq “Aztelekom” MMC tərəfindən Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurularaq sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Nəticədə qeyd olunan kəndlərdə abunəçilərin yüksəksürətli internetlə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaranıb.
LTE üzərindən telekommunikasiya xidmətlərinin tətbiqi istiqamətində işlərin digər regionlarda da aparılması nəzərdə tutulub.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











