AZ

Yaponiyada məktəblilər dərsə öz robotlarını göndərəcəklər

fa310052e8e6ebd05af21171756fdd04.jpg
28.11.2019 15:16

Yaponiyada qeyri-adi layihəyə start verilib – şagirdlər xəstə olanda məktəbə öz robotlarını göndərəcəklər. 

 

TED.az xəbər verir ki, paytaxt Tokioda başlanan bu tətbiq şagirdlərin işini asanlaşdırıb.

 

Kasama şəhərində yerləşən Tomobe-Higashi məktəbində xəstə şagirdlərin dərsdən geri qalmaması üçün hazırlanan robot sistemə oktyabrın 31-də start verilib.

 

Tətbiq sahələrinə görə Ori Hime adı verilən robot, şagirdlərin əvəzinə dərsdə iştirak edir və dərs görüntülərini köçürə bilir.

 

Partalara uyğun olaraq hazırlanan robot əl yelləmək, işarə etmək və alqışlamaq kimi hərəkətlərə reaksiya göstərə bilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox