BMU-da Azərbaycanın innovativ inkişafında mühəndisliyin roluna həsr olunan beynəlxalq konfrans keçirilir
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfrans işə başlayıb. TED.az xəbər verir ki, konfransda beynəlxalq ekspertlər, dövlət və özəl sektorun, ali məktəblərin, həmçinin AMEA-nın müvafiq qurumlarının nümayəndələri iştirak edir.
Konfransda Azərbaycanın iqtisadi inkişafında innovasiyanın əhəmiyyətini və mühəndislik elmlərinin vacibliyini önə çəkmək, innovativ idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara effektiv və səmərəli şəkildə nail olmaq kimi məsələlər müzakirə olunub.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev çıxışında BMU-da bütün ixtisaslar üzrə, o cümlədən innovativ inkişaf üçün mühəndis kadrlarının yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib.
Qeyd edək ki, konfransa 10-dan çox ölkədən 250-ə yaxın məqalə və tezis göndərilib, onlardan 135 məruzə elmi heyətin qərarı ilə konfransın proqramına daxil edilib. Bununla yanaşı, Azərbaycanın 30-a yaxın ali təhsil müəssisəsi və AMEA-nın elmi-tədqiqat institutlarının, həmçinin Ukrayna, Türkiyə, Portuqaliya və digər ölkələrin elm adamları öz tədqiqatlarını göndərib.
Konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən işlər toplu şəklində nəşr edilib.
Elm bölməsindən digər xəbərlər
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Həftənin ən çox oxunanları
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






