Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunda
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış olub.
TED.az xəbər verir ki, institutun direktoru, akademik Rasim Əliquliyev geniş məlumat verərək bildirib ki, rəhbərlik etdiyi qurum Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzi, eləcə də İnternet Xidmətləri Mərkəzi, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarətdir.
Alim institutda “Big Data” analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə uyğun aparıldığını bildirib. Qeyd edib ki, institut müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak edir və elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərir.
“AzScienceNet” şəbəkəsinin fəaliyyəti haqqında məlumat verən institutun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov şəbəkənin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyib. Bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanırlar.
İnstitutun Tədris-İnnovasiya Mərkəzi barədə məlumat verən mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova burada AMEA-nın magistrlərinə ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları və digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların, o cümlədən distant kursların, seminar və konfransların təşkili işlərinin həyata keçirildiyini deyib. O, rəhbərlik etdiyi mərkəzin nəzdində fəaliyyət göstərən Distant Tədris Mərkəzi və Viki-Mərkəzin fəaliyyəti barədə də danışıb.
R.Mehdiyev həmçinin institutun ən müasir texnologiyalarla təchiz edilmiş Multimedia Mərkəzi və “İnternet Kafe”nin fəaliyyəti ilə də tanış olub.
Elm bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












