AZ

Mobil notariat proqramından necə istifadə etmək olar? – İZAH

068902b277234bbebb00367c863b1e1a.jpg
30.11.2019 17:05

Xəbər verdiyimiz kimi bundan sonra notariat ofisinə getmədən həftənin bütün günlərində 24 saat ərzində avtomobilinizlə bağlı istədiyiniz şəxsə cəmi 5 dəqiqə ərzində etibarnamə verə biləcəksiniz. 

 

TED.az “Mobil notariat” proqramından istifadə qaydalarını sizə təqdim edir:

 

Əvvəlcə bildirək ki, proqram yükləndikdən sonra tələb olunan istifadəçi kodunu təhlükəsizlik baxımından yalnız bir dəfə istənilən notariat ofisinə yaxınlaşaraq əldə edə bilərsiniz.

 

 

Proqrama daxil olduqdan sonra “Sənəd növləri” səhifəsindən “Etibarnamələr” bölməsini seçin;

 

Daha sonra “Yeni etibarnamə üçün müraciət” sətrini seçib “Yeni etibarnamələr” səhifəsinə keçid edin;

 

“Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə” bölməsini seçərək növbəti səhifədə prosesə başlaya bilərsiniz.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox