Bir SMS-lə hərbi qulluğu harada edəcəyini öyrən! Səfərbərlik üzrə hansı elektron xidmətlər mövcuddur?
Məlum olduğu kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidməti fəaliyyət göstərir.
Xidmətin detalları ilə bağlı qurumdan TED.az-a verilən məlumata görə, elektron bildiriş sistemi müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara hansı qoşun növlərinə və hərbi hissələrə təyin olunmaları barədə məlumatların onlayn qaydada təqdim olunması üçün yaradılmış xidmətdir: “Vətəndaşlar www.seferberlik.gov.az saytına daxil olaraq, müvafiq elektron xidməti seçərək (https://www.exidmet.seferberlik.gov.az/Registration/Military) və yaxud 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsini göndərməklə məlumat ala bilərlər”.
Məlumatda o da qeyd olunur ki, SMS-lərin göndərilməsi müvafiq proqram təminatı vasitəsi ilə bütün mobil operatorlarla əməkdaşlığa uyğun olaraq avtomatik həyata keçirilir: “Xidmət tərəfindən vətəndaşlara Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarına əsasən, 5 elektron xidmət təqdim edilir:
- Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar;
- Həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət;
- Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu;
- İtirilmiş hərbi bilet və ya təhkimetmə vəsiqələrinin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu;
- SHXÇDX-dən arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”.
Əlavə olaraq bildirilib ki, ASAN Xidmət mərkəzlərində vətəndaşların hərbi qeydiyyatlarının dəyişdirilməsi, həmçinin hərbi xidmətkeçmə haqqında arayışın verilməsi, hərbi qeydiyyatda olmaya dair arayışın verilməsi, müddətli həqiqi hərbi xidmətdə olmağa dair arayışın verilməsi, müddətli həqiqi hərbi xidmətdən möhlətin olub-olmamasına dair arayışın verilməsi kimi xidmətlər göstərilir.
Cavid QƏDİR
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











