AZ

Acer yerli startapların beynəlxalq arenaya çıxışına dəstək olmaq üçün hazırdır – AÇIQLAMA

56948a57c5b90dfff207a0d464780887.jpg
02.12.2019 13:55

""Acer" şirkəti yerli startapların beynəlxalq arenaya çıxışına dəstək olmaq üçün hazırdır".

 

TED.az xəbər verir ki, bunu "Acer" şirkətinin vitse-prezidenti Qriqori  Nizovski deyib.

 

Qriqori  Nizovski bildirib ki, 2020-ci ildə "Acer" şirkəti Şərqi Avropada fəaliyyət göstərən startapların və ya artıq sözünü demiş iri şirkətlərin Qərbi Avropa istehlakçı bazarına çıxış əldə edə bilməsi üçün yeni proqramın həyata keçirilməsinə başlayacaq: "Şirkətimizin regionda yerləşən pərakəndə, logistika və sığorta şirkətləri ilə qurduğu əməkaşlıq sayəsində yeni məhsullarımız optimal vaxtda rəflərdə alıcılara təqdim olunur. İKT sahəsində yeni məhsulun alıcıya çatdırılmasında uğura aparan əsas faktor vaxtdır".

 

"Şirkət təhsillə bağlı geniş miqyasda tapşırıqlar yerinə yetirən yeni xətt məhsullarını da təqdim edir", – deyə vitse-prezident əlavə edib.

 

Zeynəb ƏKBƏR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox