Bu İsveçrə şirkəti inşaat sənayesini əbədi olaraq dəyişdirəcək
Yeni bina inşa etmək ətarafı ən çox kirləndirən işlər sırasına daxildir. BMT-nin qlobal araşdırmasına görə, tikinti sektoru dünyanın ümumi enerji istehlakının təqribən 40%-i üçün cavabdehdir.
İsveçrə tədqiqatçılarından ibarət konsorsium bu problemin həlli yolunu tapıb: robotlarla işləmək. Konsepsiyanın sübutu “DFAB House”dadır.
TED.az sizə bu tikili barədə ətraflı məlumat təqdim edir. “DRAB House” rəqəmsal istehsal metodlarının xoreoqrafiyasından istifadə edərək dizayn edilmiş ilk yaşayış binası kimi tanınır. Sürix yaxınlığındakı üç mərtəbəli binada 3D çaplı tavanlar, enerjiyə qənaətli divarlar, robotlar tərəfindən düzəldilmiş ağac sütunlar və ağıllı ev sistemi mövcuddur.
ETH Sürix Universitetində mütəxəssislər qrupu və 30 sənaye tərəfdaşı tərəfindən dörd il ərzində inkişaf etdirilən, 2370 kvadrat metr (220 kvadrat metr) ölçülü “DFAB House”ın tikintisi zamanı sementə 60%-dək qənaət olunub. Bina İsveçrə tikinti təhlükəsizlik qaydalarına uyğun şəkildə inşa edilib.
“DFAB”ın tədqiqat qrupunun üzvü Matthias Kohler deyib: “Tikintidə sürət rekordlarını qırmaq heç də bizim məqsədimiz deyildi. Əlbəttə ki, sürət və iqtisadiyyatda irəliləyişlər əldə etməkdə maraqlıyıq, amma əvvəlcə keyfiyyət ideyasını tutmağa çalışdıq. Hər şeyi çox sürətli edə bilərsiniz, amma bu, onun, həqiqətən, davamlı olacağına təminat vermir”.
Kohler inanır ki, texnologiyanın tətbiqi insan yaradıcılığını artıracaq və hətta sənətkarlığın canlanmasına təkan verəcək. O hesab edir ki, gələcəkdə maşınlar insanlardan bir o qədər də seçilməyəcək.
“DFAB” komandasının 3D çap mütəxəssisi Benjamin Dillenburger isə əlavə edib ki, robotlarla işləməyi öyrənmək tikinti işçilərinin sağlamlığını da qoruya bilər. Dillenburger “DFAB House”ın memarlıq və tikinti sektorlarından kənarda da marağa səbəb olacağına inanır.
Kohler və Dillenburger İsveçrədəki eksperimental sistemdən əlavə qlobal memarlıq və tikinti sektorları ilə dialoqun qurulmasında da maraqlı olduqlarını açıqlayıblar. Onlar Nyu-Yorkdakı “Cooper Birliyi”ndə açılan "Ev necə qurulacaq: Rəqəmsal əsrdə Memarlıq Tədqiqatları" adlı səyahət sərgisi təşkil ediblər.
Xatırladaq ki, bundan əvvəl 2014-cü ildə Çinin “WinSun” şirkəti bir gündə 10 ədəd təkmərtəbəli ev istehsal edərək 3D printerin memarlıq potensialını nümayiş etdirmişdi. Ondan bir il sonra, Şanxayda fəaliyyət göstərən bir şirkət daha bir yaşayış binası və neoklasik bir malikanə çap etdi, lakin bu layihələr elə inkişaf mərhələsində qaldı.
Texnologiya bölməsindən digər xəbərlər
ChatGPT üçün Növbəti Hədəf: NATO!
HONOR və ARRI Birləşir! Kameralar İrəliyə Sıçrayış Edir!
Speedtest və DownDetector Satışda! Böyük Təklif!
Samsung Galaxy S26 Kamerası Süni İntellektlə İnqilab Edir
Studio Display XDR Köhnə Mac-ları Məyus Edir
Huawei 5G ilə Agent İnternet Dövrünün Başlanğıcını Elan Edir
TECNO Modul Telefonunu Təqdim Edir
DJI Osmo Pocket 4-ün Yeni Xüsusiyyətləri Sızdırıldı
Oppo Find X9 Ultra-nın Kamerası Artıq Sensasiyaya Səbəb Olur!
Nintendo Switch Online-da Üç Əfsanəvi Klassik Gəlir!
iOS 26.3.1 Buraxıldı! Yeniliklər Budur!
Android 16 Əsaslı HyperOS 3.1 Yeniləməsi Hazırdır
Galaxy S27 Ultra Kamera Texnologiyasında İnqilaba Hazırlaşır
Xiaomi 18
HONOR MWC 2026-nı süni intellekt və qeyri-adi telefonla canlandırır
Əlvida ChatGPT: Kloda Bir Kliklə Pulsuz Transfer!
Fərdi Alış-veriş Dövrü Meta Süni İntellektlə Başlayır!
HONOR-un Robot Telefonu və Yeni Texnologiyaları ilə Təcrübə Etdik
Xbox Game Pass Mart Oyunları Elan Edildi!
Samsung Çəkdikcə Uzanan Bir Ekran Təqdim Edir!
ChatGPT üçün Təbii Dil Yeniləməsi Buraxıldı!
Apple Pro Display XDR Tarixdir!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
S Pen istehsalı dayandırılacaqmı?
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
MKİ Apple-a həyəcan verici xəbərdarlıq edir!
Həftənin ən çox oxunanları
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



