AZ

Xiaomi-dən yeni təəccübləndirici məhsul: Ağıllı çarpayı – VİDEO

9853c11d482f89d24eb2f078ad3a7325.jpg
02.12.2019 15:45

Dünyanın ən geniş məhsul çeşidinə malik olan Xiaomi indi isə ağıllı yataq istehsalı ilə gündəmə gəlib.

 

TED.az xəbər verir ki, "Chengdu Fun Seep Technology" ilə ortaq olaraq hazırlanan məhsul "8H Milan Smart Electric Bed" adlanır.

 

İki nəfər üçün hazırlanan elektrikli çarpayı quraşdırılmış mühərriklər sayəsində bucağını müstəqil dəyişə bilir. Fiziki düymələr və ya səs əmrləri ilə (Mijia dəstəkli) idarə edilə bilən çarpayının rahat olduğu və çox sayda hazır rejimi özündə cəmləşdirdiyi bildirilir.

 

Məsələn, yatağınızda kitab oxuyarkən oxu rejimini, televizor seyr edərkən TV rejimini seçə bilərsiniz.

 

Bu rejimlər avtomatik olaraq yatağı fəaliyyətinizə uyğun hala gətirir. Yüksək keyfiyyətli materiallardan hazırlanan və fərqli rəng seçimləri olan çarpayı, 3 dekabrda Çində təxminən 285 dollardan hədiyyə əsasında satışa çıxarılacaq.

 

Belə bir çarpayının qiyməti, həqiqətən, iddialı görünür. Xiaomi isə hər məhsulda olduğu kimi, qiymət balansını yenə də qorumağı bacarıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox