AZ

Azərbaycanda Samsung telefonlarının bazar payı artıb

4fff600c77f5875d1c80e55a818a0562.jpg
02.12.2019 16:00

Azərbaycanda “Samsung” şirkətinə məxsus mobil telefonların bazar payı artıb.

 

TED.az xəbər verir ki, bu haqda “Global Stats” analitik şirkətinin məlumatında deyilir.

 

Məlumata görə, cari ilin noyabr ayında “Samsung” mobil telefonlarının bazar payı 56,2% təşkil edir. Bu rəqəm isə ötən aya nisbətən 0,32% çoxalıb.

 

Artım “Xiaomi” mobil telefonlarında da özünü göstərir. Bu ay sözügedən mobil telefonların bazar payı 0,84% artaraq 16,77%-ə çatıb. Həmçinin Azərbaycanda “Apple”ın bazar payı 10,79%, “Huawei”in 4,19% olaraq qeydə alınıb.

 

“Alcatel” mobil telefonlarının bazar payında isə cüzi azalma müşahidə olunur. Bu ilin oktyabr ayında Azərbaycanın mobil bazar payında 0,66% yer tutan telefonlar, noyabr ayında  0,59%-ə düşüb.

 

Zeynəb ƏKBƏR

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox