Çində internetə giriş üztanınma texnologiyası ilə mümkün olacaq
Dekabrın 1-dən Çində tətbiq olunan yeni qanuna əsasən, bütün vətəndaşların internetə çıxışı üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması və sifətin skan edilməsi vasitəsilə əlavə identifikasiya lazım olacaq.
TED.az-ın BBC-yə istinadən xəbərinə görə, təşəbbüs onlayn fırıldaqçılıq hallarına qarşı mübarizə məqsədi daşıyır. Lakin o, eyni zamanda şəbəkə anonimliyi səviyyəsini aşağı endirir. Şəbəkə anonimliyinin azaldılması istifadəçilərin təhlükəsizliyi üçün həyata keçirilir.
Qanun layihəsi bu ilin sentyabr ayında, Honkonq ərazisində ekstradisiya haqqında qanuna qarşı etirazların artıq 6 aydır ki, davam etdiyi zamanda təklif olunub. Belə ki, etiraz hərəkatının iştirakçıları fəaliyyətin koordinasiyası üçün internet xidmətlərindən istifadə edirdilər.
Ölkənin küçələrində quraşdırılan nəzarət sistemlərində sifətin tanınması texnologiyasından geniş istifadə olunur. Çin bu kimi texnologiyaların tətbiqi üzrə dünya lideri olub. 2017-ci ildə Çin Xalq Respublikasında artıq 170 milyon kamera işləyirdi, 2020-ci ildə isə bu göstərici 400 milyonadək yüksələcək. Artıq çinlilər gündəlik həyatda (məsələn, hava limanında naviqasiya və ya supermarketdə məhsulların ödənişi üçün) sifətin tanınması texnologiyasından aktiv istifadə edirlər.
Bir çox ölkələrdə mobil internetə giriş üçün istifadəçiyə SIM-kartların rəsmiləşdirilməsi zamanı şəxsiyyəti təsdiq edən rəsmi sənəd lazım olur. Çin bu proseduru istifadəçi məlumatlarının uyğunluğunu yoxlamaq üçün sifətin skan edilməsi ilə tamamlayır. Beləliklə, səlahiyyətli şəxslər istənilən istifadəçinin identifikasiyası mexanizminə sahib olacaqlar. Belə ki, çinlilərin əksəriyyəti şəbəkədən öz smartfonları vasitəsilə istifadə edir.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















